Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Xocalı və Ağdamın bu kəndlərinə KÖÇ OLACAQ

Xocalı və Ağdamın bu kəndlərinə KÖÇ OLACAQ

Tarix: 6-02-2025, 17:43

Böyük Qayıdış çərçivəsində işğaldan azad olunan ərazilərimizə köç prosesi sürətlə davam edir. Xocalıya da köç prosesi ötən ilin mayında başlayıb. 

Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, qarşıdakı müddətdə Xocalının bir sıra kəndlərinə köç nəzərdə tutulur:

“Xocalıya ilk köç 2024-cü ilin may ayında baş tutdu. Xocalı şəhərinə, Xocalı rayonunun Ballıca kəndinə köç olub. Ümumilikdə götürdükdə 100-dən çox ailə köçürmüşük. Proses mütəmadi, dayanmadan davam edir. Bu aylar ərzində Xocalı şəhərinin özünə, yenə Ballıca kəndinə, Xanyurduna, Əsgəran qəsəbəsinə, Naxçıvanlı kəndinə, Şuşakəndə, Badarakəndə və bir neçə əlavə kəndlərimizə köç olacaq. Getdikcə bu proses daha geniş vüsət alacaq. Köçənlərin sayı da təbii ki, artacaq. Hamı həsrətlə gözləyir ki, ev-eşik hazır olsun və köçək. Biraz səbirli olmaq lazımdır. Cənab Prezident öz çıxışlarında, görüşlərdə də deyir ki,  bu gün  dövlət büdcəsində də ən çox vəsaiti müdafiəmizə, təhlükəsizliyimizə ayırırıq.  Yəni qələbəmiz əbədi olsun. Kifayət qədər-4 milyard manatdan artıq da qayıdışla bağlı ayrılıb. Tək Xocalıda yox, digər işğaldan azad edilmiş ərazilərdə də işlər aparılır. Mən həm də 118 saylı Ağdam-Xocalı Seçki dairəsindən seçilmişəm. Ağdam haqda da sizə məlumat vermək istəyirəm. Ağdam rayon mərkəzinə yox, ancaq Xıdırlı, Kəngərli, Saraclı kəndlərinə də köç gözlənilir”. 

Elman Məmmədov söyləyib ki, sakinlərin köç mərasimlərində iştirak edir:

“Sakinlərin köçündə, əlbəttə, iştirak edirik. Məsələ buarasındadır ki, hər bir tədbirlə, hər bir proseslə müvafiq qurumlar məşğul olur. "Qaçqınkom", cənab Prezidentimizin Xankəndi, Xocalı, Ağdərə rayonları üzrə səlahiyyətli nümayəndəsi İlkin Yusubov öz əməkdaşları ilə birlikdə iştirak edir.  Eyni zamanda Xocalı icra hakimiyyətinin əməkdaşlarından iştirak edirlər.  26 fevral zamanı vəziyyətlə əlaqədar olaraq, müəyyən hələ bizim bilmədiyimiz tədbir nəzərdə tutularsa,əlbəttə, böyük sevinclə iştirak etməliyik və edəcəyik də”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR