Son Xəbər: Asiya Parlament Assambleyasının büdcəsi 1 milyon dollar olacaq, Putin Trampla görüşməyə hazır olduğunu bildirib, Azərbaycanda elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb, Premyer Liqanın 2025/2026 mövsümünün formatı açıqlanıb, Bu yolun təmirinə 1,5 milyon manat ayrıldı - Sərəncam, Prezident: Ballıca kəndinin bərpası artıq son mərhələdədir, İsmayıllıda zəlzələ olub, Asiya Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul ediləcək, Prezident Ballıcaya getdi - Sakinlərlə görüşdü - Fotolar, Ceyhun Bayramov Küveytə səfər edəcək,

Azərbaycanlı deputatlar Türkiyəyə səfər edəcəklər

Azərbaycanlı deputatlar Türkiyəyə səfər edəcəklər

Tarix: 14-02-2025, 15:13

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev fevralın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Bu barədə  parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfərin məqsədi türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştirak etməkdir.

Tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, süni intellekt və texnoloji yeniliklərin geosiyasi təsirləri, parlament diplomatiyası, həmçinin Türk dövlətlərinin parlamentləri arasında əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər mövzular müzakirə olunacaq.

Səfər dekabrın 20-də başa çatacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR