Son Xəbər: BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr, Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb, Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var, Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH, Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib, Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb, Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM, Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib, İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır, Şənbə günü Bakıda 30 dərəcə isti olacaq,

Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb

Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb

Tarix: 17-02-2025, 09:46

 Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan “Observer Online”nın növbəti “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benalla və Fransanın məşhur “Saur” şirkətinin vitse-prezidenti A.Derrazın (Azərbaycanda istintaq altındadır) hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən sənədlərdən nümunələr yayımlanıb.

Observer Online”ın sensasion yazısının Azərbaycan dilinə tərcüməsini və yayımlanmış sənədləri olduğu kimi təqdim edir:

“Məlum olduğu kimi, bir müddət əvvəl Böyük Britaniya mətbuatında 2018-ci ildə Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovdan “Luna” adlı yaxtasının beynəlxalq həbsdən azad edilməsi müqabilində Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benallanın və sonuncu ilə əlbir olan şəriki Mərakeş əsilli Fransa vətəndaşı Anass Derrazın 6.140.000 ABŞ dolları rüşvət istədiklərinə görə Azərbaycanın xüsusi xidmət orqanlarında cinayət işi aparıldığına dair qalmaqallı məqalə dərc edilmişdi.
Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış 2701000091503№li bank hesabına və A.Derrazın “AL HİLAL BANK”-da açılmış 024071984024 №li hesabına köçürmüşdür.
Fransanın özündə məsələ ciddi səylə ört-basdır edilsə də, faktla bağlı Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə cinayətin iştirakçısı, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti - “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derraz Azərbaycanda istintaqa cəlb olunaraq ev dustaqlığı vəziyyətindədir, A.Benalla isə beynəlxalq axtarışa verilmişdir.
Fransanın Azərbaycandakı səfirliyi müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir. Məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalan Fransanın aidiyyəti qurumları daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.
Rüşvətin həqiqətən baş tutduğunu təsbit edən redaksiyamız, onun leqallaşdırılması üçün hüquqşünas olmayan A.Benalla və A.Derraz ilə F.Əhmədov arasında hüquqi xidmət müqaviləsi adı altında imzalanmış 3 tərəfli müqavilə, habelə F.Əhmədovdan A.Benallanın və A.Derrazın hesablarına pul vəsaitləri köçürülməsinə dair bəzi bank çıxarışlarını əldə etmiş və geniş oxucu kütləsinə təqdim edir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.("Report" )

Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR