Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda hava nəqliyyatında təhlükəli yük, hərbi silah və sursat daşınmasına görə cərimələr artırılır

Azərbaycanda hava nəqliyyatında təhlükəli yük, hərbi silah və sursat daşınmasına görə cərimələr artırılır

Tarix: 19-02-2025, 12:14

Azərbaycanda hava nəqliyyatında təhlükəli yüklərin, hərbi silah və sursatların daşınma qaydalarının pozulmasına görə cərimələr artırılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihəyə əsasən, pozuntu halı baş verdikdə təhlükəli yüklər, hərbi silah və sursatlar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər 250 manat məbləğində, vəzifəli şəxslər 500 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.

Qüvvədə olan qanuna görə isə hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə təhlükəli maddələr və predmetlər müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər 20 manatdan 30 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir.

Dəyişikliklə həmçinin ekoloji təhlükəli maddələrin daşınmasına görə də cərimələr müəyyənləşir.

Layihəyə əsasən, radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli tullantıların, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına görə fiziki şəxslər 4 000 manat, vəzifəli şəxslər 8 000 manat, hüquqi şəxslər 15 000 manat məbləğində cərimə ediləcəklər.

Təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməyən personalın təhlükəli yüklərin hava yolu ilə daşınmasına cəlb edilməsinə görə isə fiziki şəxslər 1 500 manat, vəzifəli şəxslər 3 000 manat, hüquqi şəxslər 10 000 manat məbləğində cərimə ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə hava gəmisində davranış qaydalarının pozulmasına görə cərimələrin artırılması da nəzərdə tutulub. Belə ki, hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin,onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (komanda verən pilotun, yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə, hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə cərimələr 100 manatdan 500 manata qaldırılır.

Нava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədiilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə isə cərimələr 200 manatdan 500 manata çatdırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR