Son Xəbər:
Tarix: 19-02-2025, 15:48
İsmayıllı rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təkan yerli vaxtla saat 15:11-də qeydə alınıb. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub, dərinliyi isə 9 km olub.