Son Xəbər: Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb, Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH, Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib, Baş nazir Əli Əsədov iclas çağırdı, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb, Şoltz: Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir, Hava ilə bağlı FHN-dən daha bir - Müraciət, Dövlət Mülki Aviasiya Agentliyi yaradıldı, ABŞ BMT-nin tərkibindən çıxır? - Qanun layihəsi artıq təqdim olundu, DİM bu gün abituriyentlər üçün canlı yayım edəcək,

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Tarix: Dün, 09:36

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları, yaxud 1,19 % artaraq 78,40 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 76,54 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,94 ABŞ dolları və ya 1,23 % artaraq 77,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR