Son Xəbər: Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib, Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq, Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar,

Yeni Vergi Məcəlləsi hazırlanır: "Sahibkarlar əmin olmalıdır ki..."

Yeni Vergi Məcəlləsi hazırlanır: "Sahibkarlar əmin olmalıdır ki..."

Tarix: 20-02-2025, 10:51

 Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması gündəmdədir. Dövlət Vergi Xidmətinin rəsmisinin verdiyi məlumata görə, bu prosesə ötən ildən başlanılıb.

"Yeni Məcəllədə əsas diqqət sahibkarlığın inkişafına yönəldiləcək. Xüsusilə, mikro və kiçik sahibkarlıqdan orta sahibkarlığa keçidi təşviq edən vergi siyasəti alətləri geniş tətbiq olunacaq. Reinvestisiyaların stimullaşdırılması, biznesin mənfəətinin yenidən inkişaf üçün istifadə edilməsinin təşviqi və dolayı vergilər hesabına dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi əsas prioritetlərdən biridir", - Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Report"a açıqlamasında bildirib.

Qeyd edək ki, Vergi Məcəlləsində dəyişikliklər uzun illərdir müzakirə edilir. Bir çox ekspert məcəllənin təkmilləşdirilməyə ehtiyac olduğunu düşünür.

Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov da bildirib ki, ümumiyyətlə, Azərbaycanda yeni, təkmil, daha yığcam vergi məcəlləsinin hazırlanmasına ehtiyac vardı:

"Sözügedən və aidiyyəti qurum tərəfindən haqqında məlumat verilən vergi məcələssinin hansı formada olacağını biz məcəllə qəbul olunduqdan sonra daha dəqiq görə biləcəyik. Düşünürəm ki, daha təkmil vergi məcəlləsi sahibkarlığın inkişafı və şəffaflığın təmin olunması üçün vergi daxilolmalarının daha optimal həyata keçirilməsi üçün son dərəcə önəmlidir. Eyni zamanda başlıca məsələlərdən biri vergi məcəlləsinin tez-tez dəyişikliyə məruz qalmamasıdır. Çünki tez-tez dəyişikliiyə məruz qalan məcəllə investisiya mühiti və sahibkarlar üçün böyük risk hesab olunur. Ona görə də sahibkarlar əmin olmalıdır ki, qəbul olunan vergi məcəlləsi tez-tez dəyişikliyə məruz qalmayacaq".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR