Son Xəbər: Bu müəllimlər əlavə imtahanlara cəlb oluna bilər, Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında, Ankarada Nizami Gəncəvinin türk dilinə tərcümə olunmuş “Sirlər xəzinəsi”nin təqdimatı olub, Ərdoğan Ramazanın ilk iftarını bu ölkədə edəcək, Binəqədidə yanğın: 2 nəfər tüstüdən zəhərləndi, “2025 – Yeni Dünya Nizamı”nda 4 lider, Sabah da Bakıya qar yağacaq, yollar buz bağlayacaq, Tramp Putinlə bağlı sualdan yayındı: Zelenki ilə görüş…, Naxçıvan Qaz İstismar Xidmətinin rəisi işdən çıxarılıb, Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır,

Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır

Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır

Tarix: Dün, 11:51

Avropa İttifaqı Ukraynaya əlavə 20 milyard dollar həcmində hərbi yardım etməyə hazırlaşır.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Yardım paketinə artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları və digər silahlar daxil olmalıdır. Həmçinin Ukrayna briqadalarının döyüş qabiliyyətinin artırılmasına yönələcək yardımlar nəzərdə tutulur.

Avropa İttifaqı xarici işlər nazirlərinin yaxın vaxtlarda keçiriləcək toplantısında natural və nəğd vəsait formasında yardıma dair təşəbbüsü üzv dövlətlərlə razılaşdırmağa çalışır. Daha sonra Avropa İttifaqına üzv dövlətlərin dövlət və hökumət başçıları yardımın həcmi barədə razılığa gəlməli və paketi nəzərdə tutan sənədi imzalamalıdır.

Bununla belə, “Bloomberg“ yazır ki, Macarıstanın artıq bu təşəbbüsü dəstəkləməyəcəyini bəyan etməsi, Almaniyada seçkilər prosesin nəzərdə tutulmuş müddətdə həyata keçirilməsinə mane ola bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR