Son Xəbər: Putin: ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur, Aİ liderləri Londonda Ukrayna danışıqlarında iştirak edəcək, Fransız casusun məhkəməsində etiraf: Səfirliyin nümayəndələri diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, İlham Əliyevin Qvineya-Bisau Prezidenti ilə təkbətək görüşü başlayıb, Rus mahnılarının səsləndirilməsi bloklanacaq, Qvineya-Bisau Prezidenti Azərbaycana gəldi, Həmin Komitənin bəyanatını rədd edirik - Milli Məclis, Bu müəllimlər üçün sertifikasiya əlavə üsullarla aparılmalıdır - AÇIQLAMA, Kraldan Qurban bayramı çağırışı: Heyvan kəsməyin!, İstanbulda Rusiya-ABŞ görüşü BAŞLADI,

Bu müəllimlər üçün sertifikasiya əlavə üsullarla aparılmalıdır - AÇIQLAMA

Bu müəllimlər üçün sertifikasiya əlavə üsullarla aparılmalıdır - AÇIQLAMA

Tarix: Bugün, 12:41

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşmaya "dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində" işləyən təhsilverənlər cəlb edilirlər. "Musiqi məktəblərində" çalışan müəllimlər isə attestasiyadan keçirilir.

Belə ki, Əmək Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilir. Onu da qeyd edək ki, attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir.

Zaman-zaman isə musiqi məktəblərində çalışan müəllimlərin də sertifikasiya və qabiliyyət imtahanından keçməsi məsələsi gündəmə gəlir. Belə ki, bəziləri düşünür ki, musiqi məktəbində çalışan müəllimlərin pedoqoji təhsili, həmçinin tədris etdiyi fənlə bağlı bilik və bacarıqları yüksək səviyyədə olmalıdır. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri bildirib ki, artıq 4 ildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikatlaşma prosesinə cəlb edilirlər. 2021-ci ildən başlanan prosesdən artıq 150 mindən çox təhsilverənlərin böyük əksəriyyəti cəlb olunublar. Bu il də fizika, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə dərs deyən müəllimlər sertifikasiyaya qatılacaqlar. Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi ilk dəfə həyata keçirilir, yəni, 2021-2026-cı il Azərbaycan təhsilində analoji müsabiqə üçün ilk dövrdür. 

“Bu dövrdə təbii ki, sertifikatlaşdırma prosesində texniki və təşkilati cəhətdən müəyyən nöqsanlar üzə çıxdı. Bu, daha çox ilk illərdə-2021-2022-ci illərdə yaşansa da, sonradan təkmilləşdirilmə işləri həyata keçirildi.
Bilirik ki, Müəllimlərin sertifikatlaşdırılması prosesi bir yox, bir neçə mərhələdən ibarətdir. Test imtahanı mərhələsi onun yalnız ikinci etapıdır. Müsahibə mərhələsində də müəllimlərdən pedaqoji, psixoloji, qanunvericilik, ən əsası idarəçilik istiqamətində müəyyən bilgilər soruşulur. Ünsiyyət qabiliyyəti, idarəetmə bacarıqları yoxlanılır. 

Sertifikatlaşdırılmanın əsas iki funksiyası ilə daha yüksək nəticə göstərən müəllimlərin əmək haqlarının artırılması və öz ixtisasına aid sualların tən yarısına belə cavab verməyənlərin iki cəhddən sonra işlərinə xitam verilməsi. Hər iki cəhdin ədalət prinsiplərinə uyğun olduğunu düşünürük”. 

Təhsil eksperti onu da vurğulayıb ki, hazırda Azərbaycanda aparılan sertifikasiya imtahanları Ukrayna təcrübəsinə əsaslanır:

“Bu təcrübədə 10 və 35%-lik maaş artımının göstərilən bal dinamikasına görə uyğunluğu, müsahibə mərhələsindəki gedişlər özünü göstərir. Sözsüz ki, gələcəkdə bu prosesin tətbiqi zamanı bir çox yeniliklərin, digər beynəlxalq təcrübəyə aid olan əlavələri də görə biləcəyik. Bütün bu özəlliklərə əsasən sertifikatlaşdırma prosesini təhsilverənlərin qiymətləndirilməsi məsələsində ən uyğun variant hesab etməliyik”. 

Musiqi məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi üçün də sertifikatlaşdırılmadan istifadəyə də münasibətini bildirən E.Nuri qeyd edib ki, musiqi məktəblərində dərs deyən müəllimlərin sertifikasiyaya cəlb olunması müsbət tendensiya olar. “Orada çalışanlar da musiqiçi olmaqla yanaşı, həm də pedaqoqdurlar. Pedaqoji mühitdə isə özünü bütün parametrlərə görə ən yaxşı doğruldan məhz sertifikasiyadır. Hazırkı sertifikasiya modelinin musiqi məktəblərində çalışanlar üçün də uyğunluğunu söyləmək lazımdır. Çünki bu illər ərzində proses həqiqətən də təkmilləşdirildi. Lakin bu tipli təhsil müəssisələrində çalışanlar üçün həmin proses təşkil olunsa, o zaman müəyyən əlavə və yeniliklərə, hətta şərtlər arasında sadələşdirməyə də müəyyən ehtiyac olacaqdır. Bunun üçün  isə mütəxəssislərin düşünməsi və daha adekvat qərar verməlidirlər”. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR