Son Xəbər:
Tarix: Bugün, 14:48
Məlumatı "bakupost.az" saytı yayıb. Bildirilib ki, hadisə fevralın 28-də baş verib.
Məlumata görə, E.A adlı vətəndaş həyat yoldaşına gecə saat 12 radələrindən başlayaraq səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyərək, başına, eləcə də bədəninin müxtəlif nayihələrinı çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən E.A qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.
Qeyd olunur ki, şəxs hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib.
Modern.az xəsarət alan qadının son durumunu öyrənmək üçün Gəncə Beynəlxalq Xəstəxanası ilə əlaqə saxlayıb.
Tibb müəssisəsindən xəstənin hazırda reanimasiya şöbəsində olduğu, irəliləyən günlərdə stasionar palataya köçürüləcəyi bildirilib.