Son Xəbər:
Tarix: Bugün, 08:47
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
"Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk", - Ağ Ev sözçüsü bildirib.
***
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Amerika ehtiyatlarından silah göndərilməsinin dondurulmasını nəzərdən keçirir.
Bu barədə ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib.
"Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!" - Tramp bazar ertəsi əvvəllər “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp özü də etiraf edib ki, ölkəsi Ukraynaya hərbi yardımı dayandıra bilər.