Son Xəbər: Doktoranturada xarici dil və əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub, Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ, Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir, BMT-nin proseslərə müdaxiləsi son dövrlərdə xeyli zəifləyib - Altun, Azərbaycan nefti cüzi ucuzlaşıb, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, Naxçıvana yol verməyə hazırıq, bir şərtlə ki... - Nikol Paşinyan, Azərbaycan - Belarus oyununun yeri və saatı açıqlanıb, Bu gün Novruzun ikinci - Od çərşənbəsidir, ABŞ Ukraynaya hərbi yardımı dayandırır - YENİLƏNİB,

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Tarix: Bugün, 11:45

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,04 % azalaraq 75,68 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 73,92 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,01 ABŞ dolları və ya 0,01 % azalaraq 74,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR