Son Xəbər:
Tarix: Bugün, 12:15
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Bakıda “Stratcom Public Forum” çərçivəsində “Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel toplantı keçirilir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun təbdirdə onlayn müraciətlə çıxış edib:
“Türkiyə olaraq dünyada ədalət ideyasına tam sadiqik. Bu vizyon qlobal miqyasda Türkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. BMT-nin əsas missiyası və proseslərə müdaxiləsi son dövrlərdə xeyli zəifləyib. Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır.
Təşkil etdiyimiz panel müzakirələr fərqli fikirləri bir araya gətirərək daha güclü dialoq mühiti formalaşdırmağa yönəlib. Bu forum daha ədalətli bir dünya naminə inamımızı daha da artırır", - o qeyd edib.