Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-ə yaxın artırıb

Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-ə yaxın artırıb

Tarix: 10-03-2025, 12:05

 Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,3 % artaraq 153,9 milyon ABŞ dolları olub.

Hesabat dövründə aqrar məhsullarının ixracının dəyəri 9,5 % artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 17,7 % artaraq 43 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 11,6 % artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.

İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 66,9 %, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 47 %, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 39,2 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 30 %, çayın ixrac dəyəri 21,3 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri isə 2,8 % artıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR