Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda "Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar" təsdiqlənib

Azərbaycanda "Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar" təsdiqlənib

Tarix: 11-03-2025, 16:28

Nazirlər Kabineti “Sazişlərin Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarlar”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, meyarlar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları müəyyən edir. Meyarlarda istifadə olunan anlayışlar Məcəllədə və  digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Qərara əsasən, istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər və uyğunlaşdırılmış hərəkətlər aşağıdakı meyarlardan ən azı üçünə cavab verdikdə Məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraq istisna edilir:

-saziş nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və sazişin olmadığı vəziyyətlə müqayisədə ən azı 1 il ərzində müvafiq bazarda məhsul istehsalının 30 faiz artması;

-saziş nəticəsində sazişin bağlanıldığı müvafiq bazara aid olmayan yeni bir məhsulun istehsalının mümkün olması;

- saziş nəticəsində müvafiq bazarda məhsul başına düşən xərclərin 3-6 ay ərzində 15 % və daha çox azalması;

- saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində ən azı 1 il ərzində investisiyaların əvvəlki il ilə müqayisədə 20 % artması;

- saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində əhəmiyyətli nouhaunun yaranması;

-texniki imkanların məhdud olması səbəbi ilə bir təsərrüfat subyektinin yalnız saziş iştirakçısı olmaqla müvafiq bazarda fəaliyyət göstərməsinin, məhsul istehsalı və ya istifadəsini həyata keçirməsinin mümkün olması;

- müvafiq bazarın məhsul sərhədində fəaliyyət göstərməklə əlaqədar olaraq dövlət təhlükəsizliyi, istehlakçıların sağlamlığının qorunması, ictimai asayiş və sosial öhdəliklərin prioritet olması nəticəsində məhsulun saziş olmadan istehsalının və ya istifadəsinin həmin prioritetlərə zərər vurma ehtimalının olması;

-məhsulun istehsalı və ya istifadəsi ilə əlaqədar olaraq xüsusi keyfiyyət və lisenziya meyarlarının müəyyən edilməsi nəticəsində onun saziş olmadan istehsalının və ya istifadəsinin qeyri-effektiv nəticələrə səbəb olması.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR