Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Tarix: 17-03-2025, 18:05

 Bakı Hərbi Məhkəməsində martın 17-də davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.

O, daha sonra cinayət işlərinə Ermənistan ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.

Təqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundan hərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzində törətdikləri hərbi cinayətlər, işğal olunmuş ərazilərdə erməni sakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq, Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb və qərar verilib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR