Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb - YENİLƏNİB

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb - YENİLƏNİB

Tarix: 18-03-2025, 14:54

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb.

"Report" Qəzza Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 562 nəfər xəsarət alıb.

***

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 356 nəfərə çatıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail Ordusu İsraillə sərhəddə yerləşən rayonların sakinlərini anklavın dərinliklərinə təxliyə olmağa çağırıb.

***

İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat verib.

"İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 310-a çatıb, yüzlərlə yaralı və itkin düşən var", - “Al Jazeera” telekanalının istinad etdiyi nazirliyin məlumatında bildirilib.

Martın 18-i gecə İsrail Silahlı Qüvvələri Qəzza zolağına kütləvi zərbələr endirdiyini bildirib. “Axios” nəşrinin Baş nazir Benyamin Netanyahunun ofisindən aldığı məlumata görə, İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən başlatmaq qərarına gəlib. Hücum qərarı Fələstin hərəkatının atəşkəsi pozmaq planları ilə əsaslandırılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR