Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İranda Novruz çərşənbələrində 19 nəfər ölüb, 5 min 500 nəfər xəsarət alıb - YENİLƏNİB

İranda Novruz çərşənbələrində 19 nəfər ölüb, 5 min 500 nəfər xəsarət alıb - YENİLƏNİB

Tarix: 19-03-2025, 13:16

İranda Novruz çərşənbələrinə aid mərasimlərdə ölənlərin sayı 19-a, xəsarət alanların sayı isə 5 min 500-ə çatıb. 

Məlumatı “Tasnim” yayıb.

Bildirilib ki, ümumilikdə 14 təcili tibbi yardım avtomobili zədələnib. 

Məlumata görə, ölkənin əsas əyalətlərində  - Tehranda 1 049, Şərqi Azərbaycanda 866, Qərbi Azərbaycan bölgəsində isə 620 nəfər xəsarət alıb. 

***

İranda İlaxır Çərşənbə ilə bağlı keçirilən mərasimlərdə 15 nəfər ölüb, 2 min 466 nəfər xəsarət alıb.

Bunu Tehranın yanğından müdafiə və təhlükəsizlik xidmətinin nümayəndəsi Cəfər Midfər bildirib.

Məlumata görə, xəsarət alanlardan 13-ü amputasiya əməliyyatına cəlb olunub, 160 hadisə isə gözün zədələnməsi ilə nəticələnib.

Bildirilib ki, dörd təcili tibbi yardım maşını ciddi zədələnərək istifadəyə yarasız hala düşüb.

Hadisələr əsasən mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan, mərkəzi Təbriz olan Şərqi Azərbaycan və Tehran əyalətlərində qeydə alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR