Son Xəbər: Sorğu: Amerikalıların əksəriyyəti Trampın siyasətini qarışıq və qorxulu sayır, Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib, Qayınana-gəlin probleminə çarə tapıldı, Florida hava limanı bomba təhlükəsindən sonra bağlanıb, Qondarma erməni soyqırımına "ağlayan" Fransa – Makron törətdikləri qətliamları "unudur" - ŞƏRH, Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib, Azərbaycan XİN başçısı ATƏT-in Baş katibini qarşılayıb, Regional kollecdə yeni təyinatlar olub, Azərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək, Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib,

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Tarix: 20-03-2025, 11:49

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalq inamına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel, nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da s hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.

Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlamətidir.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Xatırladaq ki, UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR