Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

“Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” dəyişib

“Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” dəyişib

Tarix: 2-04-2025, 16:15

Nazirlər Kabineti Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” yenilənib. Bundan sonra atmosfer havasına zərərli maddələrin atılmasına və tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəniş normativlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, su obyektlərinə zərərli maddələrin axıdılmasına görə ödəniş normativlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tətbiq edəcək. 

Təbiətdən istifadəçilər üçün müvafiq müddətə çirkləndirici maddələrin ətraf mühitə atılmasının və tullantılarının yerləşdirilməsinin yol verilən həcmləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, su obyektlərinə çirkləndirici maddələrin axıdılmasının yol verilən həcmləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qoyduğu limitlərlə müəyyənləşdirilir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR