Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Tarix: 4-04-2025, 08:59

 Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür.

Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.

Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir.

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də təhlükəli və faciə yarada bilən qüvvə olaraq qalır. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də “inkişaf”ı üçün əlavə imkan yaradıb.

Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan ölkələr və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanı olmayan terrorçu icmalar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də ucuz qiymətidir. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı bir əmrə ehtiyac olmadan bir çox aylar və hətta illər ərzində öz mövqelərində qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə öz qurbanlarını gözləyirlər. Odur ki 4 aprel günü vasitəsilə dünya icmalarının diqqətini həmin problemə cəlb etmək nəzərdə tutulur.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) dünya təşkilatının mənzil-qərargahında minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq üçün multimedia sərgisi təşkil edir. Hər il Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü çərçivəsində tədbirlər müəyyən deviz altında keçirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR