Son Xəbər: Tramp: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib, Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib, İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq, İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb, İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb, Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz..., İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb, Havanın temperaturu 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb, Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək,

ABŞ İrana güzəştə gedə bilər

ABŞ İrana güzəştə gedə bilər

Tarix: 12-04-2025, 11:01

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ-ın İranla danışıqlarda güzəştə getməyə hazır olduğunu açıqlayıb.

Məlumatı “Wall Street Journal” nəşri yayıb.

Xatırladaq ki, bu gün, aprelin 12-də Tehran və Vaşinqton arasında danışıqlar Omanda baş tutacaq, Amerika tərəfdən danışıqlarda Stiv Vitkoff iştirak edəcək, Tehranı isə bu ölkənin xarici işlər naziri Abbas Arakçi təmsil edəcək.

Vitkoff Amerika mətbuatın deyib ki, prezident Donald Tramp administrasiyasının “qırmızı xətləri” İranın nüvə silahı istehsalını dayandırmasını nəzərdə tutur.

Xüsusi nümayəndə bildirib ki, Tramp administrasiyasının Oman danışıqlarında ilk tələbi Tehranın nüvə proqramını dayandırması olacaq, lakin razılığa gəlmək üçün kompromislərin tələb oluna biləcəyini etiraf edib. Vitkoff əlavə edib ki, İran nüvə proqramını bağlamaqdan imtina edərsə, gələcək addımlar barədə qərar vermək məsələsi Trampa həvalə olunacaq. İran nümayəndə heyəti ilə ilk görüşün etimad yaratmaq məqsədi daşıyacağı bildirilib.

Eyni zamanda, vasitəçiliyə əsaslanan dialoqun uğurlu nəticəsi olacağı təqdirdə İranın ali lideri Ayətullah Əli Xameneiyə ABŞ-la birbaşa danışıqlar aparmağa icazə veriləcək.

Bu barədə “The New York Times” xəbər verib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tammi Bryus bəyan etmişdi ki, Omanda gözlənilən təmaslar tamhüquqlu danışıqlar deyil, sadəcə görüşdür. O, Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı açıqlamalarına da münasibət bildirib və qeyd edib ki, prezident nə demək istədiyini açıqlayır və ona uyğun hərəkət edir, Tehrana təzyiq siyasətini davam etdirir.

İranla 6 ölkə (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa) arasında nüvə sazişi 2015-ci ildə imzalanıb. Bu saziş İranın nüvə proqramlarına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların ləğvini nəzərdə tuturdu. 2018-ci ilin mayında Donald Tramp administrasiyası sazişdən çıxdı və Tehrana qarşı sanksiyaları bərpa etdi. Buna cavab olaraq, İran uranın zənginləşdirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq da daxil olmaqla, öz öhdəliklərindən tədricən imtina etməyə başladı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR