Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda fəaliyyət göstərən dini icmaların sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən dini icmaların sayı açıqlanıb

Tarix: 15-04-2025, 17:59

 Azərbaycanda həm müsəlman, həm də qeyri-müsəlman icmaları da daxil olmaqla 995 dini icma fəaliyyət göstərir. Bu müxtəliflik nəinki qorunub saxlanılır, həm də dövlət tərəfindən dialoq və tərəfdaşlıq yolu ilə fəal şəkildə dəstəklənir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıdakı “Xabad-Or-Avner” Təhsil Mərkəzini ziyarət edərkən deyib.

Mərkəzdə görüş zamanı Ramin Məmmədov Azərbaycanda dövlət tərəfindən dinlərarası harmoniyanın qorunub-saxlanılmasına göstərilən diqqətdən bəhs edib. O, bildirib ki, Azərbaycan uzun illər ərzində dini müxtəliflik və dinlərarası sülh məsələlərinə münasibətdə dialoqa, qarşılıqlı hörmətə əsaslanan unikal yanaşma nümayiş etdirib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini etiqad azadlığının təmin edilməsinə və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına xüsusi önəm verilir" - deyə, sədr vurğulayıb.

Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal təhsil mərkəzinin “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilməsinin müxtəlif konfessiyaların fəaliyyətinə göstərilən diqqət və dəstəyin təzahürü olduğunu bildirib. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məktəbin açılışında iştirak etmələrini yəhudilərin milli-mədəni irsinə qayğının bariz nümunələrindən biri kimi qiymətləndirdiklərini vurğulayıb.

Qeyd edək ki, 450 yerlik etno-mədəni komponentli mərkəzin digər təhsil müəssisələrindən fərqi yəhudi mədəniyyəti əsaslarını tədris etməsidir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, Prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş veriblər. 2007-ci ildə Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondunun arasında təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanmışdır. 2010-cu ildə “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimi keçirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR