Son Xəbər: İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib, İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib, Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur, Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb - BİRGƏ MƏLUMAT,

Dövlət Xidməti: Çaylarda sululuq artır, bəzi ərazilərdə sel keçib

Dövlət Xidməti: Çaylarda sululuq artır, bəzi ərazilərdə sel keçib

Tarix: 16-04-2025, 16:04

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli yağıntılar çaylarda sululuğun artmasına səbəb olub.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 16-da avtomat hidroloji stansiyaların müşahidələrinə əsasən, əksər çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda müşahidə olunub.

Belə ki, Vəlvələçayda 49 sm, Qarasuçayda 25 sm, Qımılda 24 sm, Əyriçayda 21 sm, Əsrikçayda 15 sm, Quruçayda 29 sm, Oxçuçayda 22 sm, Köndələnçayda 18 sm, Tərtərçay-Vəngdə 9 sm, Tutqunçay və Bəsitçayda 9 sm, Həkəriçayda isə 4 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda da su səviyyəsinin artdığı bildirilir. Kür-Qıraqkəsəmən məntəqəsində 40 sm, Araz-Qıvraq məntəqəsində 19 sm, Qanıx-Cəlayir məntəqəsində isə 7 sm artım olub.

Güclü və intensiv yağıntılar nəticəsində Şabran rayonu ərazisindən axan Gilgilçay, Quba rayonundan Qudiyalçay, İsmayıllıdan Girdimançay, Qəbələdən Dəmiraparançay, Ağsudan Ağsuçay, Qobustandan Pirsaatçay və Samuxdan axan Qabırrı çayından sel keçdiyi bildirilib.

Proqnozlara əsasən, qeyri-sabit və fasilələrlə yağıntılı hava şəraiti aprelin 17-dək davam edəcək. Aprelin 16-sı ərzində intensiv və güclü yağışlar gözlənilir ki, bu da ölkə ərazisindəki çaylarda sululuğun yüksək səviyyədə qalmasına, Böyük və Kiçik Qafqazla yanaşı, Lənkəran-Astara zonasında da sel və daşqın hadisələrinin davam etməsinə səbəb ola bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR