Son Xəbər: Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib, Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq, Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar,

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - Fotolar

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - Fotolar

Tarix: 18-04-2025, 18:04

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqlar əvvəlcə Zəfər parkına gələrək Zəfər abidəsinin önünə əklil qoyub.

Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını xüsusi olaraq qeyd edib.

Donanma admiralı E.Tatlıoğlu da öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Yüksək rütbəli qonaq strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrimzin hər iki qardaş ölkənin HDQ-nin inkişafına da müsbət təsirini diqqətə çatdırıb.

Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələlər müzakirə olunub, hər iki ölkənin HDQ arasında əlaqələrin imkan və perspektivlərindən danışılıb.

Daha sonra müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüş keçirilib. Səmimi dialoq çərçivəsində keçən görüşdə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərin müsbət nəticələri barədə geniş fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti sonda Azərbaycan HDQ-ni ziyarət edib. Qonaqları qarşılayan Azərbaycan HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov türkiyəli həmkarı ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - Fotolar














RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR