Son Xəbər: Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib, Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq, Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar,

MM mediatorun intizam məsuliyyətinin artırılması ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib

MM mediatorun intizam məsuliyyətinin artırılması ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib

Tarix: 22-04-2025, 13:08

Milli Məclis yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora irad tutma intizam məsuliyyəti tədbirlərinin tətbiqini son oxunuşda qəbul edib.

Bununla bağlı “Mediasiya haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında növbəti dəfə müzakirə olunub.

Qeyd edilib ki, qanun layihəsinə yeni maddə də əlavə olunub. Belə ki, qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

Eyni zamanda layihədə tərəflərin ailə və əmək mübahisələri üzrə mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikləri təqdirdə ilkin mediasiya sessiyasının keçirilməsinin tələb olunmaması təklif edilir.

Həmçinin mediasiya fəaliyyətinin həyata keçirilməsi hüququnun dayandırılması faktiki olaraq mediasiya prosesinin xitamına səbəb olur. Qeyd olunanları nəzərə alaraq mediasiya prosesinə xitam verilməsi əsaslarına mediator və ya mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması halının əlavə edilməsi təklif edilir.

Bundan başqa, təqdim edilən qanun layihəsində həmçinin etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif edilir.

Belə ki, təklif olunan dəyişikliklərə əsasən, din xadimləri, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular mediator ola bilməzlər.

Bundan başqa, bu siyahıya hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna ( o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR