Son Xəbər: KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək, Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL, 3 rayonda qaz kəsiləcək, Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək, Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək, Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər, Küləki hava avqustun 29-dək davam edəcək, İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının şərtini açıqlayıb, Azərbaycan nefti ucuzlaşıb, Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq,

DTX Akademiyasının rəisi: Azərbaycan Konstitusiyası kifayət qədər təkmildir

DTX Akademiyasının rəisi: Azərbaycan Konstitusiyası kifayət qədər təkmildir

Tarix: 24-04-2025, 13:06

Dövlət hakimiyyəti insan hüquqları ilə məhdudlaşır. İnsan hüquq və azadlıqlarına münasibətdə yenə mütləqlikdən danışa bilərik.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov Milli Məclisdə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Konsttusiyası qəbul olunandan bu yana ölkənin keçdiyi inkişaf yolu Avropa dövlətləri və ABŞ-nin vaxtilə 100 ilə keçdiyi inkişaf yoluna bərabərdir: 

“Mənim azadlığım ora qədərdir ki, orda sənin azadlığın başlayır. İnsan hüquq və azadlıqları cəmiyyətin və digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. 4-cü nəsil konstitusiyalar içərisində Azərbaycan Konstitusiyası digər konstitusiyalarla qarşılıqlı müqayisə edəndə görürük ki, istənilən sahədə kifayət qədər təkmildir. 

Tələbələr sual verirdilər ki, necə oldu ki, ABŞ Konstitusiyası 1787ci ildə qəbul edilib və bu günə kimi həmin Konstitusiyaya sadəcə, 27 əlavə edilib. Bu əlavələrdən də ilk 10-u 1790-ci illərdə qəbul olunub. Yerdə qalan 17 əlavənin isə bir neçəsi o qədər də önəmli deyil. Bu qədər müddət ərzində ABŞ Konstitusiyasına 27 əlavə edilib, amma Azərbaycan Konstitusiyası bu qədər çox dəyişikliyə məruz qalıb.

Azərbaycan Konsttusiyası qəbul olunandan bu yana ölkəmizin keçdiyi inkişaf yolu Avropa dövlətləri və ABŞ-nin vaxtilə 100 ilə keçdiyi inkişaf yoluna bərabərdir. Azərbaycanın bu iki onilliyi həmin dövlətlərin 100 illik inkişaf dövrünə bərabərdir".

E.Nəsirov ölkədə proporsional seçki sisteminin yenidən tətbiqi üçün müəyyən şəraitin yarana biləcəyini də vurğulayıb:

"Proporsional sistem demokratiyanın yaranmasına, siyasi hakimiyyətin xalqdan, seçicidən ayrılmasına önəm verən sistemdir. Müəyyən şərait yetişə bilər ki, biz proporsional sistemə yenidən qayıda bilərik. Amma bu günün tələbi məhz majoritar sistemə keçidlə bağlı idi”. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR