Son Xəbər: Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib, Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq, Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar,

İqtisad Universitetində keçid balları - SİYAHI

İqtisad Universitetində keçid balları - SİYAHI

Tarix: 24-04-2025, 16:53

Azərbaycanda ötən il keçirilən qəbul imtahanları nəticəsində formalaşan keçid balları məlum olub.

2024-cü il qəbul imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müxtəlif ixtisaslar üzrə abituriyentlərin ən çox maraq göstərdiyi ali təhsil ocaqlarından biri olub.

Qrup və ixtisaslara görə keçid ballarına nəzər saldıqda, bəzi maraqlı nüanslar ortaya çıxır.

I qrup: İnformasiya texnologiyaları və mühəndislik ixtisaslarında üstünlük

Bu qrupda ən yüksək keçid ballarından biri "İnformasiya təhlükəsizliyi" ixtisasında olub. İxtisasın ingilis dilində tədris olunan qrupda keçid balı 658.5, dövlət dilində olan qrupda isə 622.4 olub. İngilis dilində tədris edilən "Kompüter mühəndisliyi"ndə isə keçid balı 636.8 , Azərbaycan sektorunda eyni ixtisas 584.8 olub.

"İnformasiya texnologiyaları" ixtisasında isə keçid balları ingilis sektorunda 647.2, Azərbaycan sektorunda 610.6 bal təşkil edib.

"Kompüter elmləri" ixtisasının minimum bal 587.4, elektrik və elektronika mühəndisliyi ixtisasında 415.8, eklogiya mühəndisliyində 306.2, maşın mühəndisliyində 265.9, qida mühəndisliyində 371.2, sənaye mühəndisliyində isə 367.2 bal olub.

II qrup: Biznes, maliyyə, iqtisadiyyat

Bu qrupda da ingilis dilində olan ixtisaslarda keçid balları yüksəkdir. Məsələn, ingilis dilində "Biznesin idarə edilməsi"ndə 610.2, "İqtisadiyyat"da 624.3, "Maliyyə"də 636.7, "Mühasibat"da 597 bal olub.

Ötən il "Biznesin idarə edilməsi" ixtisasında keçid balı 350.7 (dövlət sifarişli 473.4), "Dövlət və bələdiyyə idarəetməsi"ndə 361.2, "İqtisadiyyat"da 440.5, "Maliyyə"də 527.1, "Marketinq"də 379.1, "Menecment"də 327.3, "Mühasibat"da 421.2 olub.

III qrupda "Beynəlxalq münasibətlər" ixtisasında keçid balı 397.5 olub, dövlət sifarişli yerlərdə isə bu göstərici 468 baldır. Tədrisin türk dilində aparıldığı "Beynəlxalq münasibətlər" ixtisasında isə keçid balı 364.5 bal təşkil edib. "Sosial iş" üzrə minimal bal 467 olub.

IV qrupda cəmi bir ixtisas mövcuddur – "Ekologiya", burada keçid balları273.9 olub. "Dizayn" üzrə isə cəmi 203.6 bal toplamaq kifayətdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR