Son Xəbər: Mahmud Səfəralıyev HƏBS EDİLDİ, Putin Hindistana getdi, ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ, Şuşada ifaçılıq mərkəzi tikiləcək, Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır, Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH, Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib, Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb, Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir, Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib,

Bakıda "Nine Senses Fest 2025” başlayır

Bakıda "Nine Senses Fest 2025” başlayır

Tarix: 30-04-2025, 12:46

Bakıda mayın 2-də “Nine Senses Fest 2025” başlayır.

Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ikinci dəfə keçirilir.

Festival “Ənənədən hərəkətə” şüarı altında qədim bilikləri müasir yanaşmalarla birləşdirir və iştirakçılara yoqa və meditasiya sessiyaları, konsertlər və musiqi terapiyası, sufi və şərq fəlsəfəsi, artterapiya və qadın enerji sessiyaları, “Made in Azerbaijan” yarmarkasını vəd edir.

Belə ki, şəfəqdə başlanan günəş salamları, sufi praktikaları, nəfəs məşqləri, yoqa nidra və Şivananda yoqası ilə iştirakçıların bədəni və zehni yenilənəcək. Bharat Thakur, Sudhakar Dass və Nandan Qautam kimi dünya miqyaslı ustalar prosesə rəhbərlik edəcək. Eyni zamanda Çingiz Mustafayevin canlı çıxışları da baş tutacaq. Sufi rəqsləri, sema ayinləri, sufi musiqi terapiyası, qədim Çin və slavyan təbabəti ilə tanışlıq, bunların hamısı iştirakçılara daxili ahəngi tapmaqda kömək edəcək.

Bunlarla yanaşı, neyroqrafika, aromaterapiya, qadın çevrələri, Ebru sənəti və səs terapiyası ilə bədii və emosional potensialın kəşfinə təkan verəcək. “Made in Azerbaijan” yarmarkası isə 200-dən çox yerli brend öz məhsullarını təqdim edəcək.

Qeyd edək ki, festivalda özünü yenidən kəşf etmək istəyən hər kəs, sağlam həyat tərzi ilə maraqlananlar, meditasiya, yoqa və şəxsi inkişaf praktikasına açıq olanlar, yerli brendlərlə tanış olmaq istəyən ziyarətçilər eləcə də sadəcə ruhunu dincəltmək, musiqi və təbiət ilə vəhdət yaşamaq istəyənlər iştirak edə bilərlər.

Tədbirin təşkilatçıları hər kəsi öz daxili səsini eşitməyə, bədənini hərəkətə gətirməyə və ruhuna toxunmağa dəvət edir.

Biletlər satışdadır və bu keçiddən əldə etmək mümkündür.

Ətraflı proqram və iştirakçılarla tanış olmaq üçün festivalın rəsmi saytına daxil olmaq lazımdır.

Tədbir mayın 4-dək davam edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR