Son Xəbər: Şahin Bağırov Ucarda vətəndaşları qəbul edəcək, Ərdoğan Zelenski ilə danışıqlar apardı, Azərbaycanda xüsusi təhsil ləğv edilir? - RƏSMİ CAVAB, Valideynləri tərəfindən döyülən körpə Bakıya gətirildi, Azərbaycan nefti cüzi bahalaşıb, UEFA Çempionlar Liqası: "Qarabağ"ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək, İlham Əliyev "Qarabağ"ı təbrik edib, KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək, Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL, 3 rayonda qaz kəsiləcək,

Azərbaycan neftinin qiyməti 65 dollara düşüb

Azərbaycan neftinin qiyməti 65 dollara düşüb

Tarix: 1-05-2025, 09:41

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,71 % azalaraq 65,13 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 63,28 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,74 % azalaraq 63,40 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR