Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Qəbul imtahanlarına qeydiyyat bitdi: ən çox abituriyent bu qrupdadır - STATİSTİKA

Qəbul imtahanlarına qeydiyyat bitdi: ən çox abituriyent bu qrupdadır - STATİSTİKA

Tarix: 2-05-2025, 10:01

I, II, III və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər qeydiyyat başa çatıb.

Qeydiyyatdan keçənlərin statistikasını təqdim edirik:

I ixtisas qrupu: 31137 nəfər;
II ixtisas qrupu: 25957 nəfər;
III ixtisas qrupu: 28270 nəfər;
IV ixtisas qrupu: 6522 nəfər.

Statistika göstərir ki, ötən illə müqayisədə bu il bütün qruplar üzrə abituriyentlərin sayı xeyli artıb. Statistikada liderlərik I qrupa məxsusdur. Son illər həmişə öndə gedən III qrup artıq ikinci sıraya düşüb.

2024-cü ilin statistikası aşağıdakı kimi olub:

I ixtisas qrupu: 30150 nəfər;
II ixtisas qrupu: 23957 nəfər;
III ixtisas qrupu: 25146 nəfər;
IV ixtisas qrupu: 5929 nəfər.

Təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 130569 nəfər elektron ərizə qəbulunda iştirak edib.

Onlardan 91886 nəfər I,II,III və IV ixtisas qrupları üzrə I cəhd blok imtahanında qeydiyyat keçib.

"130569 nəfərin bir qismi I cəhddə deyil, birbaşa II cəhd blok imtahanında iştirak edəcək ki, bu da ixtisas qrupları üzrə rəqabətliliyi daha da artıracaq", - o deyib.

Ekspert ötən illə müqayisədə abituriyent artımının sayını da açıqlayıb:

"Ötən illə mqayisədə builki artım aşağıdakı kimidir:

I ixtisas qrupu üzrə: 987 nəfər;
II ixtisas qrupu üzrə: 2000 nəfər;
III ixtisas qrupu üzrə: 3124 nəfər;
IV ixtisas qrupu üzrə: 593 nəfər".

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR