Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası

“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası

Tarix: 5-05-2025, 19:27

 “Yolu azdım, səhərə qədər meşədə qaldım”.

Bu sözləri “Unikal”a Daşkəsəndə meşədə itkin düşən şəhid atası, Kəlbəcər rayon sakini Kamil Abdullayev bildirib. 

Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atası necə itkin düşməsindən danışıb:

“Hava dumanlı idi, yolu azdım evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığında olan meşədən çaşır yığmağa getdim. Birdən duman gəldi. Saat 5-də qızımla danışdım, dedim, gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı. Dedim, bunu da yığım, sora gedim evə. Anidən duman gəldi, güclü yağış yağdı. Mən də bilmədim hansı tərəfə gedim. Telefonumda da  enerji az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə tutmurdu ki, kiməsə zəng edim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı yol getdim, yoruldum. Yol tapa bilmirdim ki, bir tərəfə çıxım. Bu gün tezdən 5-in yarısı idi. Duman çəkiləndən sonra yola davam elədim. Meşə ilə bir qədər gedəndən sonra Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Burada da Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar. Sağ-salamat ailəmə təhvil verdilər”.

Şəhid atası Kamil Abdullayev qeyd edib ki, hazırda səhətində heç bir problem yoxdur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR