Son Xəbər: Valideynləri tərəfindən döyülən körpə Bakıya gətirildi, Azərbaycan nefti cüzi bahalaşıb, UEFA Çempionlar Liqası: "Qarabağ"ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək, İlham Əliyev "Qarabağ"ı təbrik edib, KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək, Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL, 3 rayonda qaz kəsiləcək, Energetika naziri Samuxda vətəndaşları qəbul edəcək, Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək, Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər,

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Tarix: 13-05-2025, 09:39

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,47 ABŞ dolları, yaxud 2,24% artaraq 67,13 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,07 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,52 ABŞ dolları və ya 2,36 % artaraq 65,79 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.

Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR