Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Sahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşdü

Sahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşdü

Tarix: 15-05-2025, 17:37

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.

Yüksək səviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsində vacib rolu xüsusi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da geniş əlaqələrin mövcud olduğu bildirilib.

Parlament sədrlərinin, həmçinin dostluq qruplarının və deputatların qarşılıqlı səfərlərinin, fəal təmaslarının bu əlaqələrə dinamizm verdiyi qeyd edilib. Parlamentlərimizin Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatlarında da əməkdaşlığından məmnunluq ifadə olunub.

Milli Assambleyanın sədr müavini Macarıstan Parlamentinin spikeri Laslo Koverin salamlarını və xoş arzularını Milli Məclisin sədrinə çatdırıb. O, ölkəsinin dost Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini ifadə edib.

Görüşdə xalqlarımızın oxşar dəyərləri bölüşdüyü qeyd olunaraq, humanitar sahədə əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağa xidmət etdiyi, təhsil, mədəniyyət sahələrində uğurlu əlaqələrin qurulduğu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR