Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qazaxıstana getdi

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qazaxıstana getdi

Tarix: 16-05-2025, 18:08

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qazaxıstana getdi
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edib.

Modern.az xəbər verir ki, səfər çərçivəsində X.Xələfov Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu və Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yerjan Kazıxan ilə görüşlər keçirib.

Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti, habelə regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Müzakirələrdə tərəflər ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin 20-ci ildönümündə Azərbaycan-Qazaxıstan əlaqələrinin artan dinamika ilə inkişaf etdiyini vurğulayaraq, münasibətlərin gələcək inkişaf perspektivləri, o cümlədən nəqliyyat, kommunikasiyalar, ticarət, logistika, infrastruktur quruculuğu, energetika, regional bağlantıların inkişafı və digər mühüm sahələr üzrə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin, tərəflər Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunub, regionda sabitlik və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, iki ölkə arasında çoxtərəfli formatlar çərçivəsində uğurla əməkdaşlıq edildiyi qeyd olunmub. Bu xüsusda, Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində X.Xələfov AQEM-in baş katibi Kayrat Sarıbay və Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Alibek Bakayev ilə də görüş keçirib. Görüşdə AQEM sədrliyinin gündəliyinin icrası ilə bağlı müzakirələr aparılıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR