Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda taksi istifadəçilərinin sayında cüzi azalma

Azərbaycanda taksi istifadəçilərinin sayında cüzi azalma

Tarix: 17-05-2025, 16:54


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda minik taksiləri ilə 25 514 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 0.1% azdır.

Dövlət Statistika Komitəsindən APA-ya təqdim edilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 25 539.5 min sərnişin daşınıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 582 100.8 min sərnişin daşınıb, bu da illik müqayisədə 6.6% artım deməkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR