Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh yaxındır

Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh yaxındır

Tarix: 26-05-2025, 14:27

Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirir.

Bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Slovakiyanın Baş naziri Robert Fitso ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh çox yaxındır.

"Ümid edirəm ki, bugünkü məruzəm zamanı Ermənistan və Azərbaycan arasında sülhün nə qədər yaxın olduğunu beynəlxalq tərəfdaşlarımız üçün daha nəzərəçarpan etməyə nail oldum. Əlbəttə, biz öz öhdəliyimizi tam şəkildə yerinə yetirəcəyik. Bu tarixi fürsəti (sülh sazişinin imzalanmasını) qaçırmamaq üçün Azərbaycanla məsləhətləşmələri davam etdiririk. Bu imkan əldən verilməyəcək. Çətinliklər olsa da, irəliləyirik", - baş nazir bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR