Son Xəbər: Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq, Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub,

Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq

Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq

Tarix: 27-05-2025, 18:51

 Rusiyanın Azərbaycanla sərhədində ilk intellektual keçid məntəqəsi yaradılır və hazırda sistem sınaqdan keçirilir.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyi sosial şəbəkələrdə bildirib.

Söhbət Azərbaycanla sərhəddə Dağıstan Respublikasında yerləşən Tahirkənd-Qazmalar keçid məntəqəsindən gedir. Keçid məntəqəsindən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi keçir və burada hər gün orta hesabla 230 yük maşını yola salınır.

Keçid məntəqəsi "Səmərəli nəqliyyat sistemi" adlı milli layihə çərçivəsində modernləşdiriləcək: onun buraxılış qabiliyyəti təxminən 12 dəfə artaraq gündə 2 360 nəqliyyat vasitəsinə çatacaq, hərəkət zolaqlarının sayı isə 6-dan 20-yə qədər artacaq.

"Biz yük avtomobilləri üçün sərhədkeçmə vaxtının 10 dəqiqəyə qədər azaldılması üzərində də işləyirik. Bunun üçün hazırda Tahirkənd-Qazmalarda intellektual keçid məntəqəsinin funksiyaları sınaqdan keçirilir", - Rusiya Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

Beləliklə, "yerdəki" vəziyyət onlayn rejimdə izlənilir, avtomobillər və yüklər haqqında məlumatlar əvvəlcədən toplanır, daha sonra məlumat gömrük, sərhəd xidməti və digər dövlət orqanlarına ötürülür ki, onlar yükün risk dərəcəsini qiymətləndirə və lazım gəldikdə əlavə nəzarət prosedurları və geniş yoxlama təyin edə bilsinlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR