Son Xəbər: Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib?, Avtomobil kanala aşdı - 5 nəfər yaralandı, Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi, Mirzoyan: Türkiyə ilə çox yaxşı dialoqumuz var, “Neftçi" ilə anlaşan Vinsent Abubakar Bakıya gəlib, Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib, Cüdoçularımızdan Meksikada iki qızıl medal, Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb, Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib, Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür,

Ötən il Ortamüddətli xərclər çərçivəsi üzrə büdcədən 5,8 mlrd. manatdan çox vəsait xərclənib

Ötən il Ortamüddətli xərclər çərçivəsi üzrə büdcədən 5,8 mlrd. manatdan çox vəsait xərclənib

Tarix: 30-05-2025, 12:12

Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiq olunduğu pilot bölmələr (“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”) üzrə 2024-cü ildə cəmi 21 strateji hədəfin reallaşdırılması məqsədilə 25 proqramın icrasına 5 mlrd. 847,7 mln. manat vəsait ayrılıb.

Bu barədə “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.

Qeyd edilib ki, OMXÇ-yə ayrılan vəsait büdcə xərclərinin 15,5%-ni (2023-cü ildə 14,9%) təşkil edib. Müvafiq pilot bölmələr üzrə xərclər əvvəlki illə müqayisədə 416,7 mln. manat və yaxud 7,7% artıb.

Məlumata görə, ötən il OMXÇ üzrə ən böyük vəsait təhsillə bağlı tədbirlərin həyata keçirilməsi üçün ayrılıb və 4 milyard 390,1 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 265,3 milyon manat və ya 6,4% çoxdur. Təhsil xərcləri 10 strateji hədəfi əhatə edən 11 proqram və 105 tədbir üzrə nəzərdə tutulub.

Kənd təsərrüfatı sahəsinə isə 1 milyard 95,8 milyon manat ayrılıb. Bu, əvvəlki ilə nisbətən 148,2 milyon manat və ya 15,6% artım deməkdir. Vəsait 6 strateji hədəf üzrə 8 proqram və 27 tədbirin icrasına yönəldilib.

Ətraf mühitin mühafizəsi sahəsində isə 361,9 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki dövrlə müqayisədə cəmi 3,3 milyon manat və ya 0,9% artım deməkdir. Bu vəsait 5 strateji hədəfi əhatə edən 6 proqram üzrə istifadə olunur.

Ümumilikdə Hesablama Palatası bu sahələr üzrə ayrılan vəsaitlərin məqsədyönlü və nəticəyönümlü istifadə edilməsini təmin edəcək mexanizmlərin formalaşdırılmasını, qiymətləndirmə və hesabatlılıq sistemlərinin təkmilləşdirilməsini, eləcə də qanunvericilikdə OMXÇ ilə bağlı dəqiq müddəaların əlavə olunmasını vacib hesab edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR