Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanın müstəqulliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstət fondu kitab sərgisi keçirdi

Azərbaycanın müstəqulliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstət fondu kitab sərgisi keçirdi

Tarix: 29-05-2025, 09:10

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə dəstət fondu Azərbaycanın müstəqulliyinin 107 illiyi münasibəti ilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinin baş ofisində 30 dan çox adda kitabın sərgisini keçirdi.
Sərgilənən bütün kitablar Türkdilli Dövlətlərin siyasətinə dəstət fondunun sifarişi ilə Bişkekdə tərcümə və nəşr edilmişdir.
Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinin baş direktoru Gülsayra Dandıbayeva çıxış edərək Azərbaycanın müstəqulliyinin 107 illiyi münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.
28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunduğunu dedi. Kitabxanalar şəbəkəsində  bu tarixi və əlamətdar gün ilə əlaqədar “28 May - Müstəqillik Günü” adlı  sərgidə sərgilənən bütün kitablar kitabxanaya bağışlandı və oxuciların  istifadəsinə verildi.
Sərgidə daha sonra  çıxış edən QR Milli yazıçılar İttifaqının üzvü, Atatürk mükafatı laureatı Temirbek Toktoqazıyev  Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsindən bəhs edən kitabların, habelə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid müxtəlif nəşrlərin qırğız oxucularının azərbaycan tarixinin öyrənilməsində  böyük rolu olacağını bildirdi.
“Xalqa bağışlanan ömürün anları”, Professor Şirməmməd Hüseynovun təqdimatında Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycanda Milli hərəkat”, Türkdilli Dövlətlərin Siyasətinə dəstət fondunun sifarişi ilə tərcümə və nəşr edilən   Bəxtiyar Vahabzadənin “Biz bir gəminin yolçularıyıq” kitabı oxucuların xüsusi marağına səbəb oldu. Qeyd edək ki kitabı qırğız dilinə M. Asanaliyev, B. Çoturova və A. İsmayılov tərcümə edib.

Azərbaycanın müstəqulliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstət fondu kitab sərgisi keçirdi






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR