Son Xəbər: Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib?, Avtomobil kanala aşdı - 5 nəfər yaralandı, Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi, Mirzoyan: Türkiyə ilə çox yaxşı dialoqumuz var, “Neftçi" ilə anlaşan Vinsent Abubakar Bakıya gəlib, Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib, Cüdoçularımızdan Meksikada iki qızıl medal, Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb, Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib, Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür,

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tarix: 31-05-2025, 09:22

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,28 % azalaraq 66,29 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 63,83 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,83 ABŞ dolları və ya 1,26 % azalaraq 65,09 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR