Son Xəbər: Sabah yağış yağacaq, Selçuk Bayraktaroğlu Azərbaycana gəldi, Paşinyan Ermənistan ordusunda kriminogen vəziyyətin əsas səbəbini göstərib, İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib, Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb, Prezident Seyidbəyliyə getdi - Fotolar, DYP yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib, Xəzər dənizində zəlzələ qeydə alınıb, Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram, QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək,

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Tarix: 17-06-2025, 09:49

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,85 ABŞ dolları, yaxud 2,38 % azalaraq 75,79 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 73,63 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,93 ABŞ dolları və ya 2,53 % azalaraq 74,46 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR