Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

İnam Kərimov: Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyi gücləndirəcək

İnam Kərimov: Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyi gücləndirəcək

Tarix: 19-06-2025, 10:42

İnam Kərimov: Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyi gücləndirəcək

Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyin möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ kimi tarixə düşəcək.

Bunu Ali Məhkəmənin sədri İnam Kərimov iyunun 19-da Bakıda keçirilən TDT ölkələrinin Məhkəmə Şuraların Sədrlərinin üçüncü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsi, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliği çox önəmlidir:

"Bu səfərlər ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və mədəni əlaqələrin inkişaf istiqamətində yeni üfüqlər açacaq. Türk dövlətlərini birləşdirən dərin tarixi köklər və ortaq hüquq-mədəni irs bu gün də əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Əsrlər boyu bu xalqlar arasında formalaşan ədalət və dövlətçilik ənənələri bizi vahid dəyərlər ətrafında birləşdirir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR