Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Medianın İnkişafı Agentliyi Milli mətbuatın 150 illik yubileyi çərçivəsində seminarlara başlayıb

Medianın İnkişafı Agentliyi Milli mətbuatın 150 illik yubileyi çərçivəsində seminarlara başlayıb

Tarix: 19-06-2025, 17:41

 Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminarlara başlanıb.

Seminarın açılışında çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, ADA Universiteti müasir təhsil mühitində praktiki bacarıqların inkişafına xüsusi önəm verir və mətbuat tarixi, etik dəyərlər kimi mövzular üzrə keçirilən bu seminarlar jurnalistikanın ictimai funksiyasını daha dərindən dərk etməyə imkan yaradır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin təşəbbüsü ilə keçirilən seminarda “Jurnalistikanın tarixi: papirusdan kompüterə”, “Azərbaycanda milli mətbuatın yaranması və inkişaf mərhələləri”, “Müasir media mühitində milli mətbuatın maarifçilik missiyası” və “Media etikasının aktual məsələləri” mövzularında seminar və vörkşoplar təşkil olunub.

N.Məmmədli bildirib ki, milli mətbuatın 150 illik yubileyi sadəcə tarixi mərhələ deyil, eyni zamanda Azərbaycan jurnalistikasının gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün fürsətdir:

"Bu kimi seminarlar jurnalistlərin həm nəzəri, həm də praktiki biliklərinin artırılmasına, eləcə də etik prinsiplərə əsaslanan peşəkar medianın formalaşmasına xidmət edir".

Seminar zamanı media etikasına dair müxtəlif praktiki situasiyalar müzakirə olunub, informasiya dəqiqliyinin təmin olunması, mənbələrin etibarlılığı və ictimai maraqların qorunması kimi məsələlərə toxunulub, eləcə də ictimai etimadın qazanılmasında etik davranışın əhəmiyyəti vurğulanıb.

Seminar interaktiv müzakirə və sual-cavab sessiyaları ilə davam edib.

Medianın İnkişafı Agentliyi Milli mətbuatın 150 illik yubileyi çərçivəsində seminarlara başlayıb








RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR