Son Xəbər: İƏT-in gələn il Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunub, Pakistanda 5,5 bal gücündə zəlzələ, Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən ÇIXARILACAQ, Əli Nağıyev MDB təhlükəsizlik qurumlarının 57-ci iclasında - FOTO, Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək, Dövlət başçısı: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm platformaya çevrilib, MM-in növbəti plenar iclası oktyabrın 24-də keçiriləcək, Bu ay Elm və Təhsil Nazirliyinə 37 minə yaxın müraciət daxil olub, "Prezidentə təbrik məktubu göndərək” - Spiker, Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 7 məsələ var,

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Tarix: 20-06-2025, 09:43

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,41 ABŞ dolları, yaxud 4,3 % artaraq 82,58 ABŞ dolları təşkil edib.

Bu barədə  neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 80,44 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,41 ABŞ dolları və ya 4,38 % artaraq 81,20 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR