Son Xəbər: Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib,

Azərbaycanda tanınmış jurnalist vəfat ETDİ

Azərbaycanda tanınmış jurnalist vəfat ETDİ

Tarix: 21-06-2025, 09:35

Tanınmış jurnalist Ağaddin Babayev Lənkəranda vəfat edib.

Ağaddin Babayev, doğulub boya-başa çatdığı Şağlaser kəndində vəfat edib.

Dəfn mərasimi saat 10:00-da kənd qəbiristanlığında baş tutacaq.

1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü olub.

Qeyd edək ki, Ağaddin Babayev bir müddət APA-nın cənub bölgəsi üzrə müxbiri olub.

Allah rəhmət eləsin!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR