Son Xəbər: Bu gün Maştağa və Ramanada işıq kəsiləcək, "FT": Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər, Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH, Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib, Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq, Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər, Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib, Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir, Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək,

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb

Tarix: 23-06-2025, 14:51

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə prokurun suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən “bank” olduğunu söyləyib. “Bank”ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin “bank”ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.

“O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi”, - deyə A.Harutyunyan əlavə edib.

Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR