Son Xəbər: Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub,

Van Çuanmen: "Orta Dəhlizlə yeni multimodal marşrut tədarük coğrafiyasını genişləndirəcək"

Van Çuanmen: "Orta Dəhlizlə yeni multimodal marşrut tədarük coğrafiyasını genişləndirəcək"

Tarix: 1-07-2025, 13:51

Çin Azərbaycan ərazisi ilə Avropaya yeni yükdaşıma xətti çərçivəsində ilk qatarı göndərib.

Qatar ümumi dəyəri 15 milyon yuandan çox (təxminən 2,093 milyon ABŞ dolları) olan avtomobil ehtiyat hissələri və mexaniki avadanlıqlarla yüklənmiş 104 standart konteynerdən ibarətdir.

Məlumata görə, qatar ötən gün Pekinin Fanşan rayonundakı stansiyadan yola düşüb.

Bildirilib ki, qatar Sincan-Uyğur Muxtar Rayonundakı Xorqos keçid məntəqəsindən keçərək Qazaxıstanın Aktau Xəzər limanına gedəcək. Daha sonra yüklər dəniz yolu ilə Ələt limanına, oradan isə dəmir yolu ilə Bakıya çatdırılacaq.

Marşrut "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçirilir. Ümumi yol uzunluğu 8 000 km-dən çoxdur və çatdırılma müddəti təxminən 15 gün təşkil edəcək. Bakıya çatdıqdan sonra konteynerlerin bir hissəsi Gürcüstan, Türkiyə, Serbiya və regionun digər ölkələrinə yönləndiriləcək.

Fanşan Beynəlxalq Quru Limanı İdarəetmə Şirkətinin baş direktoru Van Çuanmenin sözlərinə görə, marşrut Çin - Avropa qlobal nəqliyyat şəbəkəsinin cənub qolu olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) tərkibinə daxildir.

"Multimodal prinsipin istifadəsi ənənəvi dəniz logistikası ilə müqayisədə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və Xəzər regionu, Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələri, həmçinin Mərkəzi, Şərqi və Qərbi Avropa daxil olmaqla əhatə coğrafiyasını genişləndirməyə imkan verir", - o vurğulayıb.

Çin Dövlət Dəmir Yolu Korporasiyasından bildirilib ki, yeni marşrutun açılması Pekin və ətraf regionların müəssisələri üçün rahat və səmərəli logistika kanalı yaradır. Bu, logistika xərclərini azaltmağa, ixrac potensialını artırmağa və Çinin Azərbaycan və regionun digər ölkələri ilə ticari-iqtisadi əlaqələrini gücləndirməyə imkan verəcək.(Report)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR