Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azərbaycanda təhsil alan tələbə qızların sayı açıqlanıb

Azərbaycanda təhsil alan tələbə qızların sayı açıqlanıb

Tarix: 2-07-2025, 10:32

Azərbaycanda təhsil alan tələbələrin 51.2 faizi qızlardır.

Bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən "İqlimə dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların Rolu" adlı panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, təhsilli qadın təhsilli ailə, təhsilli ailə isə təhsilli cəmiyyət deməkdir:

"Fond gənc qızların təhsilinə dəstək üçün 1.2 milyon manat vəsait ayırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən bu layihə sayəsində son iki ildə 350 gənc qız təhsil alıb. Bu özəl və dövlət sektorlarının birgə fəaliyyətinin nəticəsidir. Azərbaycanda 1.6 milyon şagird var və onların 62 faizi qızlardır. Peşə təhsilində qızların iştirakı isə 36 faizdir. Elm və Təhsil Nazirliyi bunu 40 faizə çatdırmağı hədəfləyir".

Fondun sədri də xatırladıb ki, qadınların təhsilə cəlb edilməsində əsas məsələ maliyyə problemidir:

"Yəni, ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarının təhsilinə yönəldir. Bu səbəbdən də Azərbaycanda Təhsil Kredit Fondu yaradılıb. Azərbaycanda 26 mindən artıq qız təhsil kreditindən istifadə edib".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR