Son Xəbər: Qazaxıstanın Baş naziri: “OPEC+” sazişindən çıxmaq variantını nəzərdən keçirmirik", TƏBİB: Son altı ayda 44 milyondan çox tibbi xidmət göstərilib, FHN azad edilmiş ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə müraciət edib, Azərbaycan Çinlə iqtisadi əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə edib, Paşinyan bu gün Makronla görüşəcək, KİV: İsrail Sepahın Qüds qoşunun zabitlərini Suriyada həbs edib, Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM, Zelenski ona Ukraynanın Baş naziri olmağı təklif etdi, AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik, Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar,

İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak ediblər - YENİLƏNİB

İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak ediblər - YENİLƏNİB

Tarix: 2-07-2025, 19:47

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

Dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.

Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

***
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak ediblər - YENİLƏNİB
















RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR